Suriya və İraqda terror həyata keçirən “İraq Şam İslam Dövləti”nə (İŞİD) aid yenə şok təsiri yaradan bir video yayımlanıb.
Ancaq videoda bu dəfə edamdan söhbət getmir, görüntülərdə İŞİD-in dəhşətli üzünün bir başqa yönü bu dəfə gözlər önünə sərilir. Bir qrup hərbçi arasında söhbətlər əsir aldıqları yezidi qadınların başına nələr gəldiyini olduqca yaxşı göstərir.
İŞİD qərargahı olduğu güman edilən evdə bir qrup yaraqlı qaçırıb girov aldıqları yezidi qadınları bölüşür. Qadınları seks köləsi kimi istifadə edən İŞİD terrorçularının həmin videodakı qan donduran çıxışları isə belədir:
“Bu gün qul bazarı və dağıtım günü. Hər kəs payını götürəcək”.
“Haradadır mənim yezidi qadınım? Mənimki harada?”
“Hər kəs öz payına düşənə istədiyini edə bilər”.
“Kim köləni satmaq istəyir, mən alıram”.
İrqada qaçırdıqları yezidi qadınları öz aralarında bölüşdürən yaraqlılar bəzilərini silah qarşılığında satır, bəziləri də fiziki xüsusiyyətlərinə görə qiymət verir. Ən dəyərli yezidi qadın mavi gözlü, ya da 15 yaşında olanlardır.
Mosulda çəkildiyi ehtimal edilən görüntülərdə maraqlı bir dialoq da var. Yaraqlılardan yalnız biri kölə istəmir.
- Əbu Xalid, sən kölə istəyirsənmi?
- Yox, istəmirəm.
Sonrakı söhbətdə isə qızlardan birinin öldüyü gülərək izah edilir.
- Əbu Faled sənin yezidi qızın öldü. Öldümü?