İŞİD-in seks kölələri ilə bağlı fətvası – Dəhşət! (FOTOLAR)

İŞİD-in seks kölələri ilə bağlı fətvası – Dəhşət!  (FOTOLAR)
DÜNYA
13:15 30.12.2015
5551

Şahidlərin dediyinə görə, İŞİD lideri Əbu Bəkr əl-Bağdadi amerikalı girov Kayla Muellerə və yezidi qızlara dəfələrlə cinsi təcavüz edib.

"Onlar insan deyillər", - "İslam dövləti"nin girovluğundan qurtulanlar danışırlar.

İŞİD ilahiyyatçıları təşkilatın ərazisində olan "əsir qadın sahibləri" üçün qaydalardan ibarət fətva veriblər.

Bu fətvada cihadçıların "seks köləsi" kimi istifadə etdikləri qadınlarla münasibətlərin ən intim məqamlarına toxunulur.

Reuters agentliyi yazır ki, bu fətva qanun gücünə malikdir və İŞİD-in bundan əvvəlki "qadın fətvaları" ilə müqayisədə daha müfəssəldir.

Zorlamanın legitimləşdirilməsi

Məqalədə deyilir ki, İŞİD bu fətva ilə əslində oğurlanmış, girov götürülmüş və əsir alınmış qadınların zorlanmasını legitimləşdirib.

Agentlik bildirir ki, fətva ABŞ-ın Xüsusi Əməliyyat Qüvvələrinin ötən may ayında Suriyada İŞİD liderlərindən birinin sığınacağına keçirdiyi reyd zamanı aşkar olunub.

Məsələn, bu fətvanın hökmlərindən birində deyilir ki, ata cinsi əlaqədə olduğu qadını oğluna ötürdükdən sonra təkrar onunla əlaqədə ola bilməz.

Əgər söhbət ana və onun qızından gedirsə, eyni şəxs belə əsirlərin hər ikisi ilə cinsi əlaqədə olmamalıdır.

Başqa bir yerdə isə deyilir ki, bir neçə nəfərin "bir əsiri vardırsa" ondan seks köləsi kimi bütün sahiblər istifadə edə bilərlər.

"Hərbi qənimətlər nazirliyi"

BMT indiyədək İŞİD-i dəfələrlə qadın və qızların oğurlanmasında və sistematik zorlamalarda ittiham edib.

Bu bəyanatlarda deyilir ki, bəzi hallarda yaşı 12 olan qız uşaqlarına cinsi təcavüz edilir.

Reuters-in xəbərində bildirilir ki, İŞİD-in "müharibə qənimətləri nazirliyi" seks köləliyinin idarə olunmasını həyata keçirir.

Ötən aprel ayında Human Rights Watch-un hesabatında İraq və Suriya ərazisində "qadın bazarlarının" olduğu barədə sənədləşdirilmiş məlumatlar verilmişdi.

Hesabatda deyilirdi ki, əsir və girov qadınlar zorlanır, satılır və cihadçılar arasında "hədiyyə" edilir.

Sözü gedən fətvadan belə görünür ki, o, İŞİD döyüşçüləri arasında "seks kölələrinə" görə mübahisələrin baş verməməsi üçün hazırlanıb.

Məhz buna görə də fətva "bəzi qardaşlarımız qul qadınlarla rəftar məsələsində şəriət qanunlarını pozublar" sözləri ilə başlanır.

Seks köləliyini islam kəşf etməyib

15 maddədən bəzilərində "kölələrlə mərhəmətli rəftar"dan söz açılır və deyilir ki, sahibi cariyəyə qarşı rəhmli olmalı, onu bacarmadığı işə vadar etməməlidir.

İslam yarananda artıq quldarlıq mövcud idi. Yəhudilik, xristianlıq, yunan, roma və fars mədəniyyətlərinin hamısında düşmənin qadınlarını seks köləsi etmək praktikası olub.

Minillik tarixi olan Misir təhsil ocağı - Əl-Əzhar Universiteti islam ilahiyyatçılığı fakültəsinin dekanı professor Abdel Fattah Alawari Reuters agentliyinə deyib ki, "İslam dövləti" təşkilatının islamla heç bir əlaqəsi yoxdur və bu təşkilat əslində "köləliyə qarşı olan" qədim ayələri özünə sərf edən şəkildə təqdim edir.

"İslam qullar uçun köləlik yox, azadlıq istəyir, - deyib professor, - islam yarananda artıq quldarlıq mövcud idi. Yəhudilik, xristianlıq, yunan, roma və fars mədəniyyətlərinin hamısında düşmənin qadınlarını seks köləsi etmək praktikası olub. Odur ki, islam bu mənfur praktika ilə üzləşib və onu tədricən ləğv etməyə çalışıb".

Reuters yazır ki, 2014-cü ilin sentyabrında bütün dünyadan 120-dək müsəlman üləması İŞİD lideri Əbu Bəkr əl-Bağdadiyə açıq məktub yazaraq onu "İslamın yasaqladığı kölələyi yenidən tətbiq etdiyinə" görə tənqid etmişdi. (Azadlıq Radiosu)

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
21:54 04.03.2026
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Bütün İraq ərazisində elektrik verilişi dayandırıldı
21:45 04.03.2026
Bütün İraq ərazisində elektrik verilişi dayandırıldı
Pezeşkianın qonşu ölkələrin rəhbərlərinə müraciəti
21:43 04.03.2026
Pezeşkianın qonşu ölkələrin rəhbərlərinə müraciəti
Şəhid atası dünyasını dəyişdi
21:27 04.03.2026
Şəhid atası dünyasını dəyişdi