İŞİD-in seks köləliyi biznesini təsdiq edən sənədlər - FOTO

DÜNYA
12:39 29.03.2016
5142
İŞİD-dən azad edilən Palmira şəhərində terrorçuların seks köləliyi biznesi qurduğunu sübut edən sənədlər tapılıb.
Həmin sənədləri ekstremistlər qədim şəhəri tələsik tərk edərkən unudublar.
Sənədlərdə elan edilir ki, kölə almaq istəyənlər baş ofisə gəlməlidirlər: "İslamı yaymaqla məşğul olan qardaşlarımız batalyon əmirinin qeydiyyatından keçməlidir. Sərəncamı imzalamayanlar kölə bazarına çıxmaq haqqı əldə edə bilməyəcəklər. Qiymətlərlə bağlı informasiya alış zamanı gizli konvertlə açıqlanacaq".
Xatırladaq ki, martın 27-də Suriya ordusu Palmira şəhərini İŞİD qüvvələrindən azad etmişdi.
///qafqazinfo
OXŞAR XƏBƏRLƏR