Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Tehran Musayev, Səbuhi Cəfərzadə və İsmayıl Surxayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə İ.Surxayev 11 il, T.Musayev 13 il, S.Cəfərzadə isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək onlar Cinayət Məcəlləsinin 279-cu (qanunsuz silahlı dəstə yaratma) maddəsinə əsasən ittiham olunublar.
Onlar Suriyada İŞİD tərkibində döyüşlərdə iştirak ediblər.