İŞİD terrorçu qruplaşması iki jurnalisti edam edib.Bu barədə France Press xəbər agentliyi məlumat yayıb.Xəbərdə bildirilir ki, İŞİD-in Liviyadakı döyüşçüləri iki tunis jurnalisti edam ediblər. Terrorçular özləri bu barədə açıqlama veriblər.Terrorçular bildirirlər ki, edam edilənlər 2014-cü ilin sentyabrında itmiş Sofen Şurabi və Nadir Ktarindir.Tunis hakimiyyəti hələlik jurnalistlərin edam edilməsini təsdiqləməyib.Qeyd edək ki, İŞİD-çilər bundan əvvəl də amerikalı, fransalı və britaniyalı jurnalistləri də edeam etmişdilər. Onların başlarını kəsmişdilər.