İŞİD lideri yaralandı

DÜNYA
15:25 10.06.2016
1471
“İŞİD” terrorçu qruplaşmasının liderləri yaralanıb.
Əbu Bəkir əl-Bağdadi və qruplaşmanın bir sıra komandirləri İraq-Suriya sərhədinə endirilən aviazərbələr nəticəsində yaralanıblar.
Al Sumaria telekanalının yaydığı məlumata görə, beynəlxalq koalisiyanın təyyarələri İŞİD-in baş gərargah olaraq istifadə etdiyi mövqeləri atəşə tutub. “Daxil olan məlumatlar baş gərargaha toplaşan İŞİD lideri Əbu Bəkir əl-Bağdadi və bir sıra komandanların yaralanmasını sübut edir”, - deyə mənbə bildirib.
///AzNews.az
OXŞAR XƏBƏRLƏR