İŞİD terrorçularının azərbaycanlı xanımları: "Biz qatil deyilik" - VİDEO

İŞİD terrorçularının azərbaycanlı xanımları: "Biz qatil deyilik" - VİDEO
SOSİAL
10:44 14.09.2017
7071

Səngimək bilməyən qisas qorxusu və evə dönüşlə bağlı illüzor arzular... "İraq və Şam İslam Dövləti" (İŞİD) mənsubu olan, indisə əsir düşmüş terrorçuların İraqdakı həbsxanalardan kənarda olsalar da, az qala məhbus həyatı yaşayan arvadlarının durumu çox pisdir.

Bu qadınların ərləri terrorçulardır, İŞİD üzvləridir və onları qanlı əməllərinə görə ağır cəzalar gözləyir.

Həmin terrorçuların xanımları isə deyirlər ki, terrorçu deyillər, sadəcə, ərlərinin arxasınca Suriyaya və İraqa yollanıblar.

"Biz buraya vuruşmağa yox, yaşamağa gəlmişdik. Biz qatil deyilik", - İraq ordusunun səhradakı məxfi, qapalı həbsxanalarından birinin həyətində saxlanan qadınlar deyirlər.

İraqın Müdafiə Nazirliyinin verdiyi bəyanata görə, Mosul və Təlafar şəhərləri İŞİD-dən azad ediləndən sonra terrorçuların 1400 nəfər ailə üzvü ələ keçib.

Qadınların əksəriyyəti Türkiyə vətəndaşlarıdır və aralarında postsovet ölkələrindən, o cümlədən Rusiyadan, Tacikistandan, Özbəkistandan və Azərbaycandan olan qadınlar da var.

Bu qadınlar uşaqları ilə birlikdə həbsxananın həyətindəki çadırlarda yaşayırlar.

 

Qadınlardan biri deyir: "Bizi buraya gətirəndə bir qadın özünü partlatdı. Əsgərlər atəş açmağa başladılar".

İŞİD terrorçusu olan əri Mosulda öldürülmüş başqa qadın isə ağlayaraq söyləyir: "Evə qayıtmaq istəyirəm. Buraya təsadüfən gəldim. Gerçəkdən də, evə dönmək istəyirəm. Yalvarıram, məni buradan çıxarın".

Həbsxananın yeri açıqlanmır, çünki ailə üzvlərini və yaxınlarını İŞİD terrorçuları qətlə yetirmiş iraqlılar ələ keçmiş qadınlarla uşaqlardan qisas ala bilərlər.

Həbsxananın həyətindəki çadır düşərgəsi BMT-nin nəzarətindədir.

///Milli.Az 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İtkin azərbaycanlı əsgərin qalıqları tapıldı - 82 ildən sonra - FOTO
21:37 25.06.2025
İtkin azərbaycanlı əsgərin qalıqları tapıldı - 82 ildən sonra - FOTO
Tramp: İran nüvə proqramını bərpa etsə, ABŞ yenidən zərbə endirəcək
21:18 25.06.2025
Tramp: İran nüvə proqramını bərpa etsə, ABŞ yenidən zərbə endirəcək
Tovuzda dönərdən kütləvi zəhərlənmə olub
21:06 25.06.2025
Tovuzda dönərdən kütləvi zəhərlənmə olub
Asteroid Ayla toqquşacaq
20:53 25.06.2025
Asteroid Ayla toqquşacaq
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib
20:33 25.06.2025
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib
"Qalatasaray"ın futbolçusunu ölümlə təhdid edən azarkeş saxlanılıb
20:14 25.06.2025
"Qalatasaray"ın futbolçusunu ölümlə təhdid edən azarkeş saxlanılıb
Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
19:54 25.06.2025
Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
19:31 25.06.2025
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
19:12 25.06.2025
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
18:55 25.06.2025
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
18:43 25.06.2025
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
18:30 25.06.2025
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
Jah Xalibin kariyerası bitir - SƏBƏB
18:06 25.06.2025
Jah Xalibin kariyerası bitir - SƏBƏB
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
17:48 25.06.2025
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
17:33 25.06.2025
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
17:25 25.06.2025
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO