İŞİD üzvü olan 3 min məhbus Suriyadan İraqa köçürülüb

İŞİD üzvü olan 3 min məhbus Suriyadan İraqa köçürülüb
DÜNYA
19:58 13.02.2026
218
İndiyə qədər Suriyada həbsdə olan 3 min İŞİD terrorçusu İraqa köçürülüb.

Bu barədə İraqın xarici işlər naziri Fuad Hüseyn danışıb.

O bildirib ki, İŞİD-dən olan məhbusların İraqa köçüçürülmsə prosesi davam edir və buna görə də bu ölkəyə maliyyə dəstəyi lazımdır.

Fuad Hüseyn İraqın keçmiş Baş naziri Nuri əl-Malikinin yenidən Baş nazirliyə namizəd kimi irəli sürülməsinə ABŞ tərəfindən etiraz edilməsini şərh edərkən bildirib ki, rəsmi Bağdad ABŞ-ın xəbərdarlıqlarını ciddi qəbul edib, lakin Malikinin namizədliyinin irəli sürülməsi İraqın daxili işidir.
OXŞAR XƏBƏRLƏR