"İşimizi təhvil versək də, aylardır maaş ala bilmirik" - VİDEO

"İşimizi təhvil versək də, aylardır maaş ala bilmirik" - VİDEO
SOSİAL
11:39 19.06.2026
230
"İşimizi bir neçə ay əvvəl təhvil versək də, aylardır şirkətdən əməkhaqqımızı ala bilmirik”.

AZXEBER.COM xəbər verir ki, bu şikayətlə ilə Xəzər TV-yə "Agah” şirkətlər qrupunda çalışan bir qrup şəxs müraciət edib. 

Onların iddiasına görə, şirkət 50-yə yaxın işçinin maaşını ödəmir. Dəfələrlə şirkət rəhbərliyi ilə görüşsələr də, problem həll olunmayıb və vəziyyət dəyişməz olaraq qalır. Şikayətçilər deyirlər ki, maaşların verilməməsi ilə bağlı onlara müxtəlif səbəblər göstərilir.

Problemlə bağlı açıqlama verən "Agah” şirkətlər qrupunun nümayəndəsi bir müddətdir ki, maaşların verilmədiyini təsdiqləyib. Lakin problemin onlardan qaynaqlanmadığı bildirib.

Şirkət nümayəndəsi həmçinin onu da əlavə edib ki, çalışdıqları müəssisə onlara ödəniş edən kimi işçilərin hər birinin əməkhaqqı ödəniləcək.
 

OXŞAR XƏBƏRLƏR