Hatayın İskəndərun rayonunda dənizin qalxması nəticəsində bəzi küçələri su basıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Meteorologiya Ümumi Müdirliyinin "Twitter” hesabından zəlzələ bölgələrindəki əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıqlarından sonra gecə saatlarında Hatayın İskəndərun rayonunda fırtına təsirini göstərməyə başlayıb.
İskəndərun rayonunda fırtına səbəbiylə dənizdə artım olub. Dəniz suyunun qalxması nəticəsində balıqçıların sığınacağından başlayaraq bir neçə yüz metr civarında daşqınlar baş verib.
Kahramanmaraş mərkəzli zəlzələlər səbəbilə İskəndərunun bəzi yerlərində çat və çuxurların meydana gəldiyi küçələr polis qrupları tərəfindən təhlükəsizlik zolağı ilə bağlanıb.
Ayşən