06:48 Bazar Ertəsi, 16 Sentyabr 2019
GƏNCLİK

“İslahatçı Gənclər” Monteneqroda səfərdədir - FOTOLAR

21:40, 08.08.20194084
“İslahatçı Gənclər” Monteneqroda səfərdədir - FOTOLAR
"İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı və Baş katibi, Azxeber.com İnformasiya Portalının baş redaktoru Hacıbəy Heydərli Monteneqro Respublikasında səfərdədir. Birliyi mətbuat xidmətinin məlumatına görə, təşkilatın nümayəndə heyəti Azərbaycanın Serbiya Respublikasındakı səfirliyinin dəstəyi ilə Monteneqronun paytaxtı Podqoritsa şəhərində bir sıra mühüm görüşlər keçiriblər.

Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru, professor Eldar Həsənovla baş tutan görüşdə Azərbaycanın xarici siyasət prioritetləri, gənclər siyasəti sahəsində həyata keçirilən işlərdən söhbət açılıb.

Birliyin nümayəndə heyəti Azərbaycanın Monteneqrodakı Daimi Nümayəndəliyini ziyarət ediblər. Nümayəndəliyin rəhbəri Mahir Cəfərovla görüşdə Azərbaycan gənclərinin və mediasının Monteneqro ilə birgə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Heyət daha sonra Monteneqro – Azərbaycan Mədəni və İqtisadi Mərkəzində olublar. Mərkəzin direktoru Seyran Mirzəzadə ilə görüşdə Azərbaycanla Monteneqro arasındakı münasibətlərin mövcud vəziyyəti və görülməsi zəruri olan işlər ətrafında müzakirələr aparılıb.

"İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı və Baş katibi Hacıbəy Heydərlinin növbəti görüşü Monteneqro Geopolitika Mərkəzinin rəhbəri, prof. Dr. Jivko Andriyaşeviç və Monteneqro Türkiyə Məzunları Birliyinin sədri Erdan Seferoviçlə baş tutub.

Monteneqro Dövlət Diaspora İdarəsinin direktor müavini İvan Yovoviçlə görüşdə isə iki ölkənin diasporla iş sahəsində təcrübəsi və mümkün layihələr ətrafında mühüm müzakirələr aparılıb.

Səfər davam edir.

Qeyd edək ki, səfərin baş tutmasına Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti, iş adamı Füzuli Məmmədov təşkilatı dəstək verib.
 

 

 

 

 

 

 

 

 


XƏBƏR LENTİ