“İslahatçı Gənclər” Ukraynada səfərdə olub-FOTOLAR

GƏNCLİK
17:50 01.10.2012
1514

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı və birliyin mətbuat katibi Əfsələddin Ağalarov 24-30 sentyabr tarixlərində Ukraynanın paytaxtı Kiyev şəhərində rəsmi səfədə olub.

 İB-in mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində “İslahatçı Gənclər” Ukrayna Ali Radasında BMT-nin Ukrayna nümayəndəliyinin, Ukrayna Ali Radasının , Ümumukrayna Gənclər Assambleyasının və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin birgə təşəbbüsü ilə “BMT-nin gənclər modeli” mövzusunda 4-cü beynəlxalq foruma qatılıblar. Forumda Dağlıq Qarabağla bağlı həqiqətləri əks etdirən, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə çağıran qətnamə qəbul edilib.

Forum çərçivəsində “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Ümumukrayna Gənclər Assambleyasının sədri Yuna Şeyxaliyeva və BMT-in Ukrayna üzrə İnkişaf Proqramının baş direktoru Rikarda Riqqerlə görüşərək, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti haqqında məlumat verib.Bundan başqa səfər çərçivəsində “İslahatçı Gənclər” Ukrayna Azərbaycanlı Gənclər Birliyinin ofisində birliyin rəhbərliyi və Kiyevdə təhsil alan azərbaycanlı tələbələrlə görüşərək, gəncləri maraqlandıran müxtəlif məsələlər ətrafında müzakirələr aparıblar.Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevlə baş tutan görüşdə isə əsas müzakirə mövzusu Azərbaycan diasporunun real vəziyyəti və uğurları olub.Səfər çərçivəsində “İslahatçı Gənclər” eyni zamanda Ukraynanın Dövlət televiziyası ilə də tanış olublar.

OXŞAR XƏBƏRLƏR