İslam Əməkdaşlıq Təşkilatı FETÖ-nü terror təşkilatı elan etdi

İslam Əməkdaşlıq Təşkilatı FETÖ-nü terror təşkilatı elan etdi
SİYASƏT
14:18 19.10.2016
844

 

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Fətullahçı Terror Təşkilatını (FETÖ) terror təşkilatı elan edib.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu öz "twitter” səhifəsində yazıb.

Qərar Özbəkistanın paytaxtı Daşkənddə Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında qəbul olunub.

"Milliyyət” qəzetinin məlumatına əsasən, qərarı yalnız Misir dəstəkləməyib.

İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib.

///APA
OXŞAR XƏBƏRLƏR