"İslam Həmrəyliyi oyunlarına hər bir idmançı istəyər ki, öz adını yazsın"

"İslam Həmrəyliyi oyunlarına hər bir idmançı istəyər ki, öz adını yazsın"
İDMAN
14:39 30.01.2017
1062
AZXEBER.COM Karate üzrə dünya çempionu Şahin Atamov ilə müsahibəni təqdim edir: 
 
-Şahin Atamov, yetəri qədər özünü idmanda göstərmiş idmançısan. Deyərdim ki,bəlli bir yarışların ,turnirlərin qalibi olmusan, dünya çempionu adını qazanmısan. Bir neçə aydan sonra ölkəmizdə keçiriləcək İslam Həmrəyliyi oyunlarına hazırlıq prosesi necə gedir?  
-İlk olaraq onu qeyd edim ki,artıq 8 yaşımdan bu idmandayam. Yetəri qədər ölkələrdəki yarış və turnirlərdə olmuşuq. Bu bizə artıq idman karyeramızda kifayətdir ki,böyük idman layihələrdinə özümüzü idmançı kimi göstərə bilək . May ayında keçiriləcək İslam Həmrəyliyi oyunlarına hər bir idmançı istəyər ki ,öz adını yazsın.Hazırlığımız həmişə olduğu kimi yüksək səviyyədə davam edir. Məşqçilərimizdən Rəhman Hətəmov, köməkçi məşqçi Rəşad Hüseynov,Seymur Hüseynov,Şahin Xudaverdiyev bizimlə ciddi məşğul olurlar.Onu da qeyd edim ki ,Şahin müəllim mənim şəxsi məşqçimdir.Fiziki məşqlərimizdən Oqtay Məmmədov da bizə davamlı olaraq, səhər-axşam olmaqla məşqlər keçirir.
- Şahin,səhər-axşam məşqi eynidir?Yoxsa səhər məşqi başqa,axşam məşqi başqadır?
- Onu bizim məşqçilər təyin edir,amma davamlı olaraq səhər-axşam məşqi olur. Məşqçilər hansısa yarış öncəsi daha gərgin məşq tələb edirlər.
- Oyunlar öncəsi xüsusi proqram varmı?Məşq toplanışları və s.?
- Əlbəttə,dediyim kimi məşqçilərimiz nəyi nə zaman edəcəyimizi daha yaxşı bilir. O səbəbdən də məşqçilər tərəfindən oyunlar öncəsi xüsusi proqramlar tərtib edilir,biz də artıq o proqramla davam edirik. İndi yarışlara təlim məşq toplanışlarına hazırlaşırıq.Nəticə olaraq özümdən çox yaxşı nailiyyət gözləyirəm.
-Hər bir insanın,peşə sahibinin peşəsindən savayı sevimli məşğuliyyəti olur.Sənin sevimli məşğuliyyətin nədir?
-Mən daha çox film izləməyi sevirəm, məna,marifləndirmə yönlü filmləri sevirəm.Məsələn,deyərdim ki, idman psixologiyasına aid filmlər izləyirəm ki,bu da mənə idman karyeramda daha ciddi şəkildə öz müsbət təsirini göstərir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlandı
17:49 17.07.2025
Əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlandı
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
17:43 17.07.2025
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"