İslam partiyasının həbsdə olan üzvü əfv olundu

İslam partiyasının həbsdə olan üzvü əfv olundu
SOSİAL
16:35 18.03.2021
516
Rəsmi qeydiyyatda olmayan Azərbaycan İslam Partiyasının (AİP) həbsdə olan üzvü Rufulla Axundzadə əfv olunub.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, o, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı ilə əfv edilib.

Beləliklə, R.Axundzadə cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Qeyd edək ki, Axundzadə Rufulla Höccət oğlu, 1955-ci ildə anadan olub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 7 oktyabr tarixli hökmü ilə 11 il 6 ay müddətinə məhkum edilib.
OXŞAR XƏBƏRLƏR