"Qlobal sistemdə ədalətsizliklər artdıqca, təəssüf ki, beynəlxalq təşkilatların bu problemlərə həll yolları istehsal etmək qabiliyyəti azalır".
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rəcəb Tayyib Ərdoğan paytaxt Yeni Dehlidə keçirilən G20 Liderlər Zirvəsi çərçivəsində söyləyib.
Prezident Rəcəb Tayyib Ərdoğan 2 milyard insanın demək olar ki, hər gün ən müqəddəs dəyərlərinə hücum etməsinə icazə verilməsinin qəbuledilməz olduğunu deyib.
O bildirib ki, ifadə azadlığı adı altında belə addımlara dinindən asılı olmayaraq insanlara hörmət edən hər kəs etiraz etməlidir. Prezident qeyd edib ki, Türkiyə olaraq bu məsələyə münasibətimizi bildirməyə davam edəcəyik.
Şəbnəm