İslandiyada püskürmək üzrə olan vulkandan bəhs edən mütəxəssislər vulkanın "soda qabı” kimi partlaya biləcəyini bildiriblər.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ötən həftə ölkədə səth xəttində iri çatlar əmələ gəlib.
İslandiya Meteorologiya İdarəsi Svartsengidə bir quyuda maqmatik qazın təsbit edildiyini bildirərək, Faqradalsfjall vulkanının yaxın günlərdə püskürməsinin an məsələsi olduğunu və ən yüksək risk altında olan yerin Grindavik şəhəri olduğunu bildirib.
Son bir həftə ərzində İslandiyanın cənub-qərbindəki Reykjanes yarımadasında baş verən minlərlə kiçik zəlzələdən sonra bu kiçik balıqçı şəhərciyi artıq boşaldılıb.
Gülay