İşləyən vətəndaşların pensiyaları nə qədər artırılacaq? - Deputat AÇIQLADI

İşləyən vətəndaşların pensiyaları nə qədər artırılacaq? - Deputat AÇIQLADI
SOSİAL
10:03 04.05.2026
720
Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam ilə bu ilin əvvəlindən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırıldı. 1 milyon 100 min vətəndaşımızı əhatə edən artımlar əvvəlki ildəki orta aylıq əmək haqqındakı artım faizinə uyğunlaşdırıldı.

AZXEBER.COM xəbər verir ki, bu sözləri iqtisadçı eputat Vüqar Bayramov bildirib.

"Mövcud qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçıların pensiyası sonradan toplanmış kapitala uyğun olaraq 6 ildən sonra yenidən hesablanaraq pensiyaya əlavə olunur. 6 ildən sonra vətəndaşın fərdi hesabının sığorta hissəsində ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla pensiya kapitalı qeydə alınır. Pensiyada yeni artım üçün işlədiyi dövr üzrə toplanmış pensiya kapitalı 72-yə (144 - 72 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı) bölünməklə pensiya məbləği yenidən hesablanır.

Bununla yanaşı, işləyən vətəndaşlarımızın pensiyalarında bu il iki dəfə artım mümkündür. Həmin şəxsin aldığı pensiya mövcud qaydlara əsasən 9.3 faizə indeksləşdirilərək artırılır. Daha sonra onun 6 illik iş müddəti tamamlanırsa pensiyasına əlavə olunur.

Məsələn, vətəndaşımıza 1 may 2020-ci il tarixində yaşa görə ümumi əsaslarla əmək pensiyası təyin edilib və şəxs işləməyə davam edib. 2025-ci ilin sonunda həmin vətəndaşımızın pensiya məbləği 800 manat olub. Onun pensiya məbləği 1 may 2026-cı il tarixində pensiya təyin edildikdən sonra 6 il işlədiyi üçün yenidən hesablanır. Şəxsin fərdi hesabının sığorta hissəsində bu müddətdə 25200 manat (ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla) pensiya kapitalı qeydə alınıb. Bu halda şəxsin həmin dövr üzrə toplanmış pensiya kapitalı (25200 manat) 72-yə bölünməklə pensiya məbləği yenidən hesablanır. Bu o deməkdir həmin şəxsin pensiyasına 350 manat əlavə olunur. Amma həmin vətəndaşımız əmək pensiyası aldığına görə onun pensiyası yanvarın 1-dən indeksləşdirilib. Bu ilin may ayında həmin şəxsin yeni pensiya məbləği belə olur: 800 manat + 74.4 manat (800 manat X 9.3 %) + 350 manat = 1224.4 manat.

Göründüyü kimi, əmək fəaliyyəti davam edən pensiyaçılarımız işləməkdə davam edərlərsə və 6 il iş müddəti bu il tamam olarsa o zaman həm indeksasiya artımından, həm də yenidən hesablanma artımından faydalana bilər", - deyə o əlavə edib.

/unikal
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dərsə gəlməyən 10-11-ci sinif şagirdlərinin nəzərinə - Nazir müavinindən AÇIQLAMA
11:56 02.11.2026
Dərsə gəlməyən 10-11-ci sinif şagirdlərinin nəzərinə - Nazir müavinindən AÇIQLAMA
Bu həftə bürcləri nə gözləyir? – Həftəlik astroloji proqnoz
11:45 02.11.2026
Bu həftə bürcləri nə gözləyir? – Həftəlik astroloji proqnoz
Türkiyənin sosial media seqmentində Prezidentin adından həqiqətə uyğun olmayan fikirlər yayılır - Açıqlama
11:39 02.11.2026
Türkiyənin sosial media seqmentində Prezidentin adından həqiqətə uyğun olmayan fikirlər yayılır - Açıqlama
Bakıda sökülən evlərə görə ağaclar, zirzəmi, hasarlara da pul verilir
11:21 02.11.2026
Bakıda sökülən evlərə görə ağaclar, zirzəmi, hasarlara da pul verilir
İşsiz qalanların kreditləri bağlana bilər - Yeni mexanizm hazırlanır
11:14 02.11.2026
İşsiz qalanların kreditləri bağlana bilər - Yeni mexanizm hazırlanır
“Toxta”, yoxsa “Stop”? – Ekspertdən deputatın təklifinə sərt CAVAB: “Ölkədə bundan ciddi problemlər var”
11:09 02.11.2026
“Toxta”, yoxsa “Stop”? – Ekspertdən deputatın təklifinə sərt CAVAB: “Ölkədə bundan ciddi problemlər var”
BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan edib
11:08 02.11.2026
BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan edib
Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir
11:05 02.11.2026
Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir
Noyabrın 6-dan 30-dək davam edəcək - Əhalinin diqqətinə!
10:47 02.11.2026
Noyabrın 6-dan 30-dək davam edəcək - Əhalinin diqqətinə!
Qurban Bayramov vəfat etdi
10:39 02.11.2026
Qurban Bayramov vəfat etdi
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
10:37 02.11.2026
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Beyləqanda ustanı elektrik cərəyanı vuraraq öldürülüb
10:32 02.11.2026
Beyləqanda ustanı elektrik cərəyanı vuraraq öldürülüb
Taker Karlson: ABŞ yaxın günlərdə İrana nüvə zərbəsi endirə bilər
10:28 02.11.2026
Taker Karlson: ABŞ yaxın günlərdə İrana nüvə zərbəsi endirə bilər
DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
10:18 02.11.2026
DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
10:11 02.11.2026
Qaytarıla bilməyən kreditlər bağlanacaq
KİV: İsrailin müdafiə qurumları İranın ABŞ obyektlərinə hücum ehtimalı ilə bağlı hazırlıq vəziyyətinə gətirilib
10:03 02.11.2026
KİV: İsrailin müdafiə qurumları İranın ABŞ obyektlərinə hücum ehtimalı ilə bağlı hazırlıq vəziyyətinə gətirilib