İsmayıl Haniyyəni ələ verən "WhatsApp"ın casus proqramı olub - DETALLAR

İsmayıl Haniyyəni ələ verən "WhatsApp"ın casus proqramı olub - DETALLAR
DÜNYA
11:20 01.08.2024
452
Fələstinin HƏMAS təşkilatının lideri İsmayıl Haniyyənin İranın paytaxtı Tehrandakı hərbi şəhərcikdə öldürülməsinin bəzi detalları məlum olub.

İsmayıl Haniyyə mobil telefonundakı "WhatsApp" mesajlaşma şəbəkəsinə yerləşdirilən casus proqramının qurbanı olub.

Belə ki, Haniyyənin olduğu yer məhz "WhatsApp"la müəyyənləşib. HƏMAS liderinin olduğu yer müəyyənləşdikdən sonra onun qaldığı binanın otağına raket atılıb. Raket uzaqdan idarə edilən olduğu üçün pəncərədən içəri daxil olaraq partlayıb.
OXŞAR XƏBƏRLƏR