İsmayıllıda dağlıq ərazidə yanğın olub

İsmayıllıda dağlıq ərazidə yanğın olub
HADİSƏ
21:26 24.08.2025
187
İsmayıllı rayonunun Əhən kəndi yaxınlığındakı dağlıq ərazidə yanğın hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, alovun söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı və İsmayıllı rayonlarından canlı qüvvəsi və texnikası cəlb edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə nəzarət altına alınıb və söndürülüb.

Hadisənin səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR