İsmayıllıda evində çətənə bitkisi yetişdirən şəxs saxlanıldı

İsmayıllıda evində çətənə bitkisi yetişdirən şəxs saxlanıldı
KRİMİNAL
16:20 06.04.2024
655
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaşxaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakini Aqil Rəcəbalıyev saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilərkən aqrotexniki qulluq göstərilmiş 19 ədəd çətənə bitkisinin şitilləri aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR