İsmayıllıda idarəetmədən çıxan avtomobil aşıb, xəsarət alanlar var

İsmayıllıda idarəetmədən çıxan avtomobil aşıb, xəsarət alanlar var
HADİSƏ
22:33 17.08.2025
191
İsmayıllıda sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq aşıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə Qaraməryəm – İsmayıllı – Şəki magistral yolunun rayonunun Kürdmaşı kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı maşında olan 1997-ci il təvəllüdlü F. Əsədov və 1971-ci il təvəllüdlü Ş. Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri alıblər.

Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR