İsmayıllıda iki nəfərin öldüyü istirahət mərkəzi bu məşhur biznesmenindir

İsmayıllıda iki nəfərin öldüyü istirahət mərkəzi bu məşhur biznesmenindir
SOSİAL
10:40 10.07.2017
11138

Xəbər verdiyimiz kimi, İsmayıllıda yerləşən "Green House" istirahət mərkəzində faciə baş verib. Sözügedən məkanın hovuzunda 4 nəfəri elektrik cərəyanı vurub. Nəticədə Bakı şəhər Binəqədi rayon sakini, 1984-cü il təvəllüdlü Emin Zakir oğlu Adıgözəlov , Abşeron rayonu Xırdalan qəsəbə sakini, 1979-cu il təvəllüdlü Gülhüseyn Xaliqverdi oğlu Quliyev dünyasını dəyişib. 

Zaqatala rayon sakini 1981-ci il təvəllüdlü Eltəkin Məhəddin oğlu Ömərov və Bakı şəhəri Nizami rayon sakini, 1986-cı il təvəllüdlü Zakir Mahir oğlu Əliyev isə xəstəxanaya çatdırılıb. Xəstəxanada müalicə olunan şəxslərin vəziyyəti yaxşıdır. Bunu açıqlamasında İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov deyib. Qurum rəsmisinin sözlərinə görə, xəsarət alan şəxslər digər iki nəfəri xilas etmək üçün hovuza tullanıb: "Hələ ki, istintaq davam edir. Yalnız ondan sonra hadisənin hansı səbəbdən baş verdiyi aydınlaşacaq. İki nəfər hovuzda çimirmiş, digər iki şəxs də onları xilas etmək istəyərkən zərər çəkib. "Green House" 15 ilə yaxındır ki, fəaliyyət göstərir. İstirahət mərkəzinin rəhbərliyi haqqında isə məlumatım yoxdur".

AZXEBER.COM Yenicag.az-a istinadən xəbər verir ki, "Green House" istirahət mərkəzi "Nyu Sfera-Turizm" MMC-yə məxsusdur. "Nyu Sfera-Turizm" şirkəti "Nyu Sfera" şirkətlər qrupuna daxildir. Şirkətlər qrupunun prezidenti İman Quliyevdir. El arasında "Qozbel İman" kimi tanınan biznesmen, eyni zamanda "Xalqlar Dostluğu" yarmarkasının sahibidir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Elmira Şabanova ilə vida mərasimi keçirilir
11:21 26.11.2026
Elmira Şabanova ilə vida mərasimi keçirilir
Kəlbəcər: Möhtəşəm təbiəti və zəngin sərvətləri ilə seçilən diyar
11:17 26.11.2026
Kəlbəcər: Möhtəşəm təbiəti və zəngin sərvətləri ilə seçilən diyar
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
11:10 26.11.2026
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
"Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü
10:57 26.11.2026
"Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü
PAŞA Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
10:43 26.11.2026
PAŞA Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
10:42 26.11.2026
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək - FOTO
10:39 26.11.2026
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək - FOTO
Bu ərazilərə qar yağdı
10:35 26.11.2026
Bu ərazilərə qar yağdı
Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı
10:21 26.11.2026
Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubu ilə üz-üzə gələcək
09:40 26.11.2026
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubu ilə üz-üzə gələcək
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir
09:35 26.11.2026
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir
Bakı aeroportunda ər-arvad saxlanılıb - 22 min avroya ad-soyadlarını dəyişdiribmişlər
09:28 26.11.2026
Bakı aeroportunda ər-arvad saxlanılıb - 22 min avroya ad-soyadlarını dəyişdiribmişlər
Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış baş verib, xəsarət alanlar var
09:14 26.11.2026
Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış baş verib, xəsarət alanlar var
Ukrayna dünyada ilk dəfə reaktiv dronu döyüş lazeri ilə vurub
08:56 26.11.2026
Ukrayna dünyada ilk dəfə reaktiv dronu döyüş lazeri ilə vurub
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:34 26.11.2026
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
KXDR-in nüvə statusuna etiraz müharibə elanı kimi qiymətləndiriləcək
08:20 26.11.2026
KXDR-in nüvə statusuna etiraz müharibə elanı kimi qiymətləndiriləcək