xari

İsmayıllıda itlərin hücumuna məruz qalan 36 yaşlı kişi öldü

22:03 14.01.2021
370
İsmayıllı rayonunun Kürdmaşı kəndində bədbəxt hadisə baş verib.

AZXEBER.COM Azərtac-a istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Vüqar Zahir oğlu Teyyubov yaşadığı Kürdmaşı kəndində qəflətən küçə itlərinin hücumuna məruz qalıb. İtlər onu dişləyərək ağır xəsarətlər yetirib. Hadisə zamanı qorxu və həyəcan keçirən Vüqar Teyyubovun halı pisləşib. O, hadisə yerindəcə dünyasını dəyişib.

Vüqar Teyyubovun ölümündə əsas səbəbin ürək çatışmazlığı olduğu bildirilir. Onun meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR