Şəhid Teymur Osmanlının büstünün açılışı olub.
AZXEBER.COM xəbər verir ki, əslən İsmayıllı rayonunun Cülyan kəndindən olan şəhid Teymur Osmanlının yeni büstünün açılışı olub. Büstün açılışında İsmayıllı Rayonunun İcra Başçısı Nahid Bağırov, şəhidin ailə üzvləri, yaxınları və media nümayəndələri iştirak ediblər.
Büstün açılışından sonra şəhidin məzarı ziyarət olunub.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Teymur Osmanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Osmanlı oktyabrın 17-də Suqovuşan döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Osmanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!
Mikayıl Mirzəzadə