İsmayıllı rayonun Biyallı kəndində köhnə torpaq sürüşməsi sahələrində aktivləşmələr qeydə alınıb, bir-neçə evdə iri çatlar yaranıb. Bu barədə APA-ya İsmayıllı rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rəfael Əhmədov bildirib. Onun sözlərinə görə, sürüşmə sahəsində əvvəlcədən mövcud olan çatlar böyüyüb: “Həmin ərazidə yaşayış evləri var. Əraziyə baxış keçirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişik”.R. Əhmədov rayonun digər iki kəndində də torpaq çökmələri və sürüşmənin baş verdiyini bildirib. O deyib ki, Qubaxəlilli və Quşencə kəndlərində torpaq çökməsi müşahidə edilib: “Hər iki kənddəki çökmə ərazilərində yaşayış evləri var və onlara ziyan dəyib”.