İsmayıllıda torpaq sürüşməsi təhlükəli həddə - Ailələr köçürüldü

İsmayıllıda torpaq sürüşməsi təhlükəli həddə - Ailələr köçürüldü
SOSİAL
12:13 07.06.2016
1600
İsmayıllı rayonunun Sərsurə kəndi ərazisində, Basqal-Sulut avtomobil yolunun 10-cu kilometrliyində torpaq sürüşməsi davam edir. Son iki gündə sürüşmə daha da aktivləşərək böyük ərazini əhatə edib.
Hazırda ərazidə təhlükəli vəziyyət yaranıb, fərdi yaşayış evlərinə ciddi ziyan dəyib. Evlərin divarlarında iri çatlar əmələ gəlib, deformasiyaya uğrayan evlər yaşayış üçün yararsız hala düşüb. İyunun 6-7-də kənddə 7 ailənin üzvləri mənzillərdən təhlükəsiz əraziyə köçürülüb. Onlar kənddə müvəqqəti olaraq qohumlarının evlərində yerləşiblər.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev bildirib ki, Basqal-Sulut yolunun 10-cu kilometrliyində baş verən sürüşmə prosesi hələ də aktiv fazadadır. İndiyədək Sərsurə kəndində 44 fərdi yaşayış evindən 7-də təhlükəli vəziyyət yaranıb. Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri əraziyə baxış keçirdikdən sonra sakinlərin köçürülməsinə qərar verilib. Kənddəki digər evlərdə də xırda çatlar müşahidə edilir. Hazırda sürüşmə davam edərək ümumilikdə 50 hektardan çox ərazini əhatə edir. Hadisə ilə bağlı İsmayıllı rayon Fövqəladə hallar komissiyası tərəfindən Nazirlər Kabinetinə məlumat verilib. Məlumata görə, Sərsurə kəndinin ərazisində yaşayış evləri və həyətyanı sahələr olan torpaqların hamısı sürüşmə zonasındadır. Ona görə də kənd sakinlərinə başqa ərazidən həyətyanı sahələr üçün torpağın verilməsi məqsədilə Nazirlər Kabinetinə müraciət ediləcək.
Rövşən Ağayevin sözlərinə görə torpaq sürüşməsi zamanı İsmayıllı rayonunun Basqal-Sulut avtomobil yolu bağlanıb, Sulut, Kələzeyvə və Sərsurə kəndlərinin rayon mərkəzi ilə avtomobil əlaqəsi kəsilib, ərazidə uzunluğu 3 kilometr, eni 120-140 metr olan sürüşmə sahəsi yaranıb: “Dərhal əraziyə “Azəravtoyol” Səhmdar Cəmiyyətinin 7 saylı Yol idarəsinin ağır texnikası və canlı qüvvəsi cəlb olunaraq sürüşmə ərazisindən kənarda 5 kilometr uzunluğunda alternativ yol çəkilib. Əhalinin və avtomobillərin hərəkəti bərpa edilib. Sürüşmə zamanı elektrik dirəklərinin yıxılması səbəbindən kəndlərə elektrik verilişi dayanmışdı. Elektrik dirəkləri və naqillər tez bir zamanda bərpa edilərək əhali enerji ilə təmin olunub”.
APA.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
14:10 12.09.2025
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
13:33 12.09.2025
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ