İsmayıllı rayonunda yol qəzası baş verib.
AZXEBER.COM-un "Report”a istinadən xəbərinə görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 24-cü kilometrliyində qeydə alınıb.
Belə ki, İsmayıllı rayonunun Ruşan kənd sakini İslam Mahir oğlu Şirinovun idarə etdiyi "VAZ-2107” markalı 90-GL-092 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun sol hissəsində dayanmış, rayon sakini Tahir Ağasadıq oğlu Məmmədova məxsus "QAZ-53” markalı 31-BC-546 dövlət nömrə nişanlı yük avtomobilinə çırplıb. Qəza nəticəsində minik maşını iki hissəyə bölünüb.
İ.Şirinov aldığı çoxsaylı xəsarətlərdən hadisə yerində keçinib. Avtomobildə olan sərnişinlər - Nazxanım Yolçu qızı Məmmədova və onun qızı Elvira Afəddin qızı Məmmədova ağır xəsarətlərlə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.