İspaniya Azərbaycanın notasına hələ ki, cavab verməyib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abndullayevin ANS PRESS-ə verdiyi məlumata görə, bununla bağlı qarşı tərəflə danışıqlar aparılır. Qeyd edək ki, yanvar ayının 22-dən 26-na qədər İtaliyanın Madrid şəhərində “FİTUR-2014” Beynəlxalq turizm sərgisi keçirilir. Sərgi zamanı Ermənistana aid sahədə “Qarabağ” stendinin quraşdırılması ciddi narazılığa səbəb olub. Ermənilər Dağlıq Qarabağ stendini ayrı bir respublikanın stendi kimi quraşdırmaq istəyiblər. Buna etiraz olaraq İspaniyada təhsil alan azərbaycanlı tələbələr səssiz aksiya keçirib. Daha sonra isə azərbaycanın İspaniyadakı səfirliyinin əməkdaşları stendlə bağlı etirazlarını sərgi rəhbərliyinə şifahi olaraq bildirmələrinə baxmayaraq, stend sökülməyib. Məsələ ilə bağlı Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev İspaniyanın Xarici İşlər Nazirliyinə etiraz notası göndərib. Bir neçə gün ötməsinə baxmayaraq hələ də, notaya cavab gəlməyib.