İspaniya hökuməti İsrailə silah satışına embarqo tətbiq edilməsinin tərəfdarıdır.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Xose Manuel Albarez bildirib.
"Hamı silah tədarükünə embarqo tətbiq etməlidir. İsrailə silah satışı qəbulolunmazdır”, – nazir qeyd edib.
Albarez Avropa İttifaqı ilə İsrail arasında mövcud olan assosiasiya sazişinin dayandırılmasına da çağırıb.
O qeyd edib ki, bu addım Qəzza zolağında hərbi əməliyyatlar dayandırılmadığı təqdirdə atılmalıdır.