İspaniya klubu 40 yaşlı qapıçının müqaviləsinin müddətini uzadıb

İDMAN
19:21 20.06.2023
297
İspaniyanın "Betis" klubu qapıçısı Klaudio Bravo ilə müqavilənin müddətini uzadıb.

40 yaşlı qolkiper 2023/2024 mövsümündə də komandada çıxış edəcək.

Qeyd edək ki, Çili millisinin üzvü 2020-ci ildən "Betis"in uğurları üçün çalışır. O, daha əvvəl İspaniyada "Barselona" və İngiltərədə "Mançester Siti" kimi klubların da formasını geyinib.
 
///Report
OXŞAR XƏBƏRLƏR