İspaniya klubu "Tottenhem"in futbolçusunu transfer etmək istəyir

İspaniya klubu "Tottenhem"in futbolçusunu transfer etmək istəyir
İDMAN
05:08 11.09.2025
430
İspaniyanın "Atletiko" klubu "Tottenhem"in (İngiltərə) yarımmüdafiəçisi Rodriqo Bentankuru transfer etmək istəyir.

La Liqa təmsilçisi 28 yaşlı yarımmüdafiəçini azad agent kimi sıralarına cəlb etməyi planlaşdırır.

Uruqvay millisinin üzvünün klubu ilə olan müqaviləsinin müddəti isə gələn ilin yayında başa çatacaq.

2022-ci ildən "Tottenhem"də çıxış edən Rodriqo Bentankur 117 matçda meydana çıxıb.
 
/report
OXŞAR XƏBƏRLƏR