İspaniya klubunun futbolçusu polis tərəfindən saxlanıldı

İDMAN
18:13 03.09.2024
178
İspaniyanın "Valensiya" klubunun futbolçusu Rafa Mir cinsi təcavüzdə şübhəli bilinərək polis tərəfindən saxlanılıb.
 
27 yaşlı oyunçu hazırda polis bölməsindədir və hadisə ilə bağlı ifadəsi alınacaq.

İspaniyalı futbolçu iki qadının polisə rəsmi şikayəti əsasında bazar ertəsi saxlanılıb.

Qeyd edək ki, icarə əsasında "Valensiya"da çıxış edən Rafa Mir cari mövsüm iki matçda meydana çıxıb. O, müqavilə ilə "Sevilya"ya məxsusdur.
 
///Report

OXŞAR XƏBƏRLƏR