Futbol üzrə İspaniya Kral kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Qol.Az-ın məlumatına görə, son oyun günündə daha bir qarşılaşma baş tutub.
Öz meydanında "Betis"i qəbul edən "Atletiko" (Madrid) rəqibini iki cavabsız qolla məğlub edib.
Fasiləyə 2:0 hesabı ilə irəlidə yollanan Madrid təmsilçisi ikinci hissədə də bu üstünlüyünü qoruyub. "Atketiko" bu qələbə ilə cavab oyunu öncəsi böyük üstünlük əldə edib.