İspaniya La Liqası: ''Real'' 3 xalı 5 qolla qazandı

İDMAN
07:39 01.10.2012
1221

Futbol üzrə İspaniya La Liqasında VI turun növbəti oyunları keçirilib.

AZXEBER.COM-un məlumatına görə, ikinci oyun günündə 5 qarşılaşma baş tutub.

Öz meydanında "Levante"ni qəbul edən "Osasuna" rəqibini darmadağınla yola salıb. Rəqibini 4 cavabsız qolla məğlub edən "Osasuna" mövsümdə ilk qələbəsini qazanıb - 4:0.

Səfərdə "Espanyol"la qarşılaşan "Atletiko" (Madrid) klubu rəqibi tək qolla keçib. Matçın 30-cu dəqiqəsində Raul Qarsiyanın vurduğu qol Madrid təmsilçisinə qələbə qazandırıb - 1:0.

Madridin "Real" klubu doğma meydanda "Deportivo" ilə münasibətlərinə aydınlıq gətirib. Rəqibini 5:1 hesabı ilə darmadağın edən Joze Mourinyonun komandası xalını 10-ya yüksəldib.

Qeyd edək ki, VI tura bu axşam keçiriləcək "Qetafe" - "Malyorka" matçı ilə yekun vurulacaq.

29 sentyabr

İspaniya La Liqasında VI turun oyunları

"Valensiya" - "Saraqoza" - 2:0Qollar:Feghouli, 12 (1:0), Vieyra, 59 (2:0)

"Malaqa" - "Betis" - 4:0Qollar:Xuakin, 13 (1:0), Saviola, 28 (2:0), Amaya, 72-avtoqol (3:0), İsko, 74 (4:0)

"Real" (Sosyedad) - "Atletik" (Bilbao) - 2:0Qollar:Qriezman, 62 (1:0), Vela, 72-pen (2:0)

"Sevilya" - "Barselona" - 2:3Qollar:Traxovski, 26 (1:0), Neqredo, 28 (2:0), Fabreqas, 53 (2:1), 89 (2:2), David Vilya, 90+2 (2:3)

30 sentyabr

"Qranada" - "Selta viqo" - 2:1Qollar:Siqueyra, 11-pen (1:0), Torye, 17 (2:0), Aspas, 20 (2:1)

"Valyadolid" - "Rayo Valyekano" - 6:1Qollar:Dominqez, 5 (0:1), Bueno, 10 (1:1), Manuço, 13 (2:1), 86 (6:1), Qonzales, 21 (3:1), 56 (5:1), Rukavina, 37 (4:1)

"Osasuna" - "Levante" - 4:0Qollar:Emiliano, 55 (1:0), Lamah, 82 (2:0), Kopovi, 89-pen (3:0), Nino, 90 (4:0)

"Real" (Madrid) - "Deportivo" - 5:1Qollar:Riki, 16 (0:1), Ronaldo, 23-pen (1:1), 44 (3:1), 84-pen (5:1), Di Mariya, 38 (2:1), Pepe, 66 (4:1)

"Espanyol" - "Atletiko" (Madrid) - 0:1Qol:Qarsiya, 30 (0:1)

1 oktyabr

"Qetafe" - "Malyorka"

OXŞAR XƏBƏRLƏR