İspaniya Litvaya NASAMS komplekslərini yerləşdirəcək

İspaniya Litvaya NASAMS komplekslərini yerləşdirəcək
DÜNYA
19:23 03.07.2023
202
İspaniya 11-12 iyul tarixlərində NATO-nun Vilnüsdə keçiriləcək sammiti ilə əlaqədar Litvaya NASAMS mobil zenit-raket komplekslərini yerləşdirəcək.

Bu barədə İspaniyanın Litvadakı səfirliyindən BNS-ə bildirilib.

"Biz təsdiq edə bilərik ki, İspaniya NATO-nun Vilnüs sammitinin təhlükəsizliyinə NASAMS-ın hava hücumundan müdafiə sistemlərinin köməyi ilə töhfə verir”, - səfirlikdən bildirilib. Qeyd olunub ki, mobil zenit-raket kompleksləri sammit zamanı Latviyadan müvəqqəti olaraq Litvaya köçürüləcək.

Xatırladaq ki, Almaniya da Vilnüsdə keçiriləcək sammitlə əlaqədar bu ölkəyə Patriot sistemləri yerləşdirib.
 
///APA
OXŞAR XƏBƏRLƏR