İspaniya millisi Avropa Çempionatında finala yüksəldi

İDMAN
00:58 10.07.2024
266
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında keçirilən yarımfinal görüşü başa çatıb.

AZXEBER.COM xəbər verir ki, oyunun 9-cu dəqiqəsində Fransa millisinin futbolçusu Kolo-Muani fərqlənib. İspaniya yığmasından isə 21-ci dəqiqədə Lamin Yamal, 25-ci dəqiqədə Dani Olmo rəqib qapısına yol tapıblar. Beləliklə, İspaniya Fransanı 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib.

Qeyd edək ki, İspaniya yığması finalda bu gün keçiriləcək digər yarımfinalın Niderland - İngiltərə görüşünün qalibi ilə qarşılaşacaq.

OXŞAR XƏBƏRLƏR