İspaniya Türkiyəyə səhra xəstəxanası göndərir.
AZXEBER.COM xəbər verir ki, İspaniya Kahramanmaraşda zəlzələ qurbanlarına dəstək üçün bölgədə qurulacaq səhra xəstəxanası göndərir.
Bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares məlumat verib:
"İspaniya olaraq Türkiyə və Suriyanın fəsadlarla mübarizə aparması üçün heç bir fədakarlığı əsirgəməyəcəyik. İspaniya Türkiyənin beynəlxalq yardım çağırışına ən tez cavab verən ölkələrdən biri oldu".
Hazırda zəlzələ bölgəsinə humanitar yardımın çatdırılması və yaralıların sağalmasının onun üçün vacib olduğunu bildirən Albares vəziyyət bir qədər yaxşılaşdıqdan sonra Türkiyəyə gedib zəlzələ bölgəsini ziyarət etmək arzusunda olduğunu da bildirib.
Qeyd edək ki, İspanya Türkiyəyə 90 nəfərlik canlı xilasedici qüvvə də göndərib.
Ayşən