İspaniya Ukraynaya 4 "Leopard 2" tankı göndərdi

İspaniya Ukraynaya 4 "Leopard 2" tankı göndərdi
DÜNYA
18:52 19.07.2023
232
İspaniya Ukraynaya 4 "Leopard 2" tankı göndərib.

Bu barədə ölkənin müdafiə naziri Marqarita Robles iyulun 18-də Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun Ramşteyn formatında keçirilən görüşündən sonra deyib.

Qeyd edək ki, İspaniya Ukraynaya 10 ədəd "Leporad 2" tankı verəcəyini bildirmişdi. Daha əvvəl İspaniya Ukrayna Silahlı Qüvvələrinə 6 "Leopard 2A4" verib.

Nazir bildirib ki, tankların yeni sonuncu partiyası dəniz yolu ilə çatdırılır və gələn həftə təyinat yerinə çatacaq. Onlarla birlikdə 10 ədəd M113 zirehli transportyoru, bir neçə zirehli avtomobil, yük maşınları, təcili yardım maşınları və döyüş sursatları da Ukraynaya çatdırılacaq. Yaxın vaxtlarda Ukrayna üçün silah tədarükü də başlayacaq.
 
///Apa
OXŞAR XƏBƏRLƏR