İspaniya və Ukraynada bərabərlik - VIDEO

İDMAN
09:14 14.02.2013
1061
Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin iki qarşalışması keçirilib.AZXEBER.COM-un məlumatına görə, İspaniyanın “Real” və İngiltərənin “Mançester Yunayted” klubları heç-heçə oynayıblar. Qarşılaşmada hesabı “Mançester Yunaydet” açıb - 20-ci dəqiqədə Denni Uelbek qonaqları hesabda irəli çıxarıb. Bundan 10 dəqiqə sonra “Real” hesabı bərpabərləşdirib. Qolu “Mançester Yunayted”i keçmiş oyunçusu Kriştianu Ronaldu vurub. İkinci hissədə komandalar çoxsaylı təhlükəli vəziyyətlər yaratsalar da, heç biri fərqlənə bilməyiblər. Cavab oyunu martın 5-də Mançesterdəki “Old Trafford” stadionunda keçiriləcək.Günün ikinci qarşılaşmasında da qalib olmayıb. Ukraynanın “Şaxtyor” və Almaniyanın “Borrusiya” klubları heç-heçə oynayıblar. Hesabı “Şaxtyor”un xorvatiyalı yarımmüdafiəçisi Dario Srna açıb. Birinci hissənin sonunadək Almaniya klubu polşalı hücumçu Robert Levandovskinin qolu ilə hesabı bərabərləşdiriblər. İekinci hissədə “Şaxtyor” növbəti dəfə hesabda irəli çıxıb - bu dəfə DuqlasKosta fərqlənib. Oyunun bitməsinə 3 dəqiqə qalmış Mats Hummelsin qolu dortmundluları məğlubiyyətdən xilas edib - 2:2. Cavab oyunu martın 5-də Dortmundda keçiriləcək.

OXŞAR XƏBƏRLƏR