"Hazırda NATO-nun və Pireney yarımadası dövlətlərinin təhlükəsizliyinə ən ciddi təhdidlər alyansın şərq cinahından gəlir”.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib.
XİN rəhbəri xatırladıb ki, NATO-nun iyunun 28-30-da Madriddə keçiriləcək sammiti Rusiyanın Ukraynadakı hərbi əməliyyatı fonunda keçiriləcək:
"İspaniya etiraf edir ki, hazırda NATO-nun, buna görə də ispanların təhlükəsizliyinə ən böyük təhdidlər şərq cinahdan gəlir. Amma cənub cinahdan da təhdidlər var ki, qalan müttəfiqlər bunu bilirlər”.