İspaniyada açıq məkanlarda maska taxmaq qaydası ləğv olundu

İspaniyada açıq məkanlarda maska taxmaq qaydası ləğv olundu
DÜNYA
15:04 26.06.2021
430
Bu gündən İspaniyada açıq məkanlarda qoruyucu maska taxmaq qaydası ləğv olunub.

Ötən ilin iyul ayında tətbiq edilən bu qayda pandemiya vəziyyətinin xeyli yaxşılaşması və peyvəndləmə işlərinin genişlənməsi ilə bağlı aradan qaldırılıb.

Qeyd edək ki, 100 avro məbləğində cərimə tətbiq edilən bu qayda yalnız sağlamlığı ilə əlaqədar maska taxa bilməyənlərə, idman edənlərə və 6 yaşınadək uşaqlara şamil olunmurdu.

Bundan belə, qoruyucu maska taxmaq qapalı məkanlarda, eləcə də 1,5 m sosial məsafə saxlamaq mümkün olmayan izdihamlı yerlərdə mütləqdir.
 
///Report
OXŞAR XƏBƏRLƏR