İspaniyada koronavirusa yoluxanların və ölənlərin sayı artmaqda davam edir.
AZXEBER.COM Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ölkədə virus qurbanlarının sayı 1 720 nəfərə çatıb.
Məlumata görə, hazırda 28 572 nəfər koronavirus daşıyıcısıdır. Ən çox yoluxma halı Madrid muxtar bölgəsində qeydə alınıb - 9 702 nəfər.
Qeyd edək ki, ötən gün İspaniyada koronavirusa 24 926 nəfərin yoluxduğu, 1 326 nəfərin isə virusdan öldüyü xəbəri yayılmışdı.