İspaniyada daşqın nəticəsində ölənlərin sayı 90 nəfəri ötüb

DÜNYA
23:41 30.10.2024
249
İspaniyanın Valensiya şəhərində daşqınlar nəticəsində ölənlərin sayı 92 nəfərə çatıb, ölkənin digər iki bölgəsində də 3 nəfərin öldüyü bildirilir.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Regional Fövqəladə Hallar Xidməti "X” sosial şəbəkəsində məlumat yayıb.

Departament bildirib ki, bu, ölkə tarixində ən böyük təbii fəlakətlərdən biridir.

Qeyd olunur ki, krallığın şərqində dəmir yolu əlaqəsi hələ də pozulur, onlarla marşrut bağlanıb. Xilasetmə işləri davam edir, prosesə yüzlərlə hərbçi cəlb edilib.

OXŞAR XƏBƏRLƏR