İspaniya Daxili İşlər Nazirliyi bu gün Qərbi Avropada yaranan elektrik enerjisinin kəsilməsi fonunda ölkədə fövqəladə vəziyyət elan edib.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Yardım tələb edən bölgələrdə fövqəladə vəziyyət qüvvədə olacaq ki, hələlik bu bölgələr Madrid, Andalusiya və Ekstremaduradır.
Qeyd edək ki, İspaniya, Fransa, Portuqaliya və Andorrada elektrik enerjisi qəfil kəsilib.
/APA