İspaniyada helikopter qəzaya uğrayıb, üç nəfər yaralanıb

İspaniyada helikopter qəzaya uğrayıb, üç nəfər yaralanıb
DÜNYA
18:43 01.12.2023
199
İspaniyada helikopter qəzaya uğrayıb, üç nəfər yaralanıb.

Bu barədə Madrid şəhərinin Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Məlumata əsasən, paytaxt Madriddə helikopter dairəvi yola düşərək avtomobillə toqquşub. Hadisə zamanı helikopterdə olan 2 nəfər və avtomobilin sürücüsü xəsarət alıb. Onlar təcili tibbi yardım xidməti vasitəsilə xəstəxanaya çatdırılıb.

Qəzanın baş vermə səbəbləri araşdırılır.
 
///APA 
OXŞAR XƏBƏRLƏR