İspaniyada helikopter qəzaya uğrayıb, üç nəfər yaralanıb.
Bu barədə Madrid şəhərinin Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Məlumata əsasən, paytaxt Madriddə helikopter dairəvi yola düşərək avtomobillə toqquşub. Hadisə zamanı helikopterdə olan 2 nəfər və avtomobilin sürücüsü xəsarət alıb. Onlar təcili tibbi yardım xidməti vasitəsilə xəstəxanaya çatdırılıb.
Qəzanın baş vermə səbəbləri araşdırılır.
///APA