İspaniyada ötən sutkada 440 nəfər koronavirusun qurbanı olub.
Bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla da ölkədə pandemiyadan ölənlərin sayı 22 157-yə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 648 000-i ötüb. Bunların 724 242 nəfəri sağalıb, 184 614 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
///Report