İspaniyada qapalı məkanlarda maska ​​rejimi yumşaldılacaq

İspaniyada qapalı məkanlarda maska ​​rejimi yumşaldılacaq
DÜNYA
18:25 19.04.2022
386
İspaniya hökuməti bu gün ölkədə pandemiya ilə əlaqədar tətbiq edilən maska ​​rejiminin aprelin 20-dən əhəmiyyətli dərəcədə yumşaldılacağı qərarını təsdiqləyib.

Bu barədə Nazirlər Kabinetinin tviter səhifəsində məlumat yerləşdirilib.

İndiyə qədər krallıq sakinlərindən bütün ictimai yerlərdə, o cümlədən mağazalar, kafelər, restoranlar və ya məktəblər kimi qapalı yerlərdə maska ​​taxmaq tələb olunurdu. Ölkədə sərt maska rejimi təxminən iki il əvvəldən tətbiq edilir.

Çərşənbə günündən etibarən maska taxılması xəstəxanalarda, qocalar evlərində, eləcə də ictimai nəqliyyatda məcburi olacaq.
OXŞAR XƏBƏRLƏR