İspaniyada uşaqlarda naməlum mənşəli hepatitə yoluxma aşkarlandı

İspaniyada uşaqlarda naməlum mənşəli hepatitə yoluxma aşkarlandı
SAĞLAMLIQ
19:50 14.04.2022
427
İspaniyada 10 yaşa qədər uşaqlarda naməlum mənşəli ağır kəskin hepatit aşkar edilib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bu haqda Madrid əyalətinin Səhiyyə departamenti bildirib.

Qeyd olunub ki, bu xəstəlik iki yaşdan yeddi yaşadək üç uşaqda müşahidə olunub. Onlardan birinə qaraciyər köçürmək tələb olunub.

Aparılan ilkin araşdırmalar A, B, C, D və E hepatit viruslarını istisna edib. Bundan başqa, xəstəliyin COVID-19-a yoluxma və ya vaksinasiya ilə əlaqəli olmadığı müəyyən edilib.
OXŞAR XƏBƏRLƏR